Şirkət haqqında

Biota > Şirkət haqqında

Biota, 2011-ci ildə Bakıda təsis olunmuş gənc, dinamik inkişaf edən bir distribyutor şirkətidir.

Bir çox irimiqyaslı və uğurlu layihələrdə təcrübəsi olan parlaq və istedadlı peşəkarları bir araya toplayaraq Biota şirkəti qısa müddət ərzində ən yüksək keyfiyyətli əməliyyat standartlarını və Azərbaycandakı bütün əsas müştəri və tərəfdaşlarla sıx əməkdaşlıq nümayiş etdirməyə nail olmuşdur.

Şirkəti rəqiblərindən fərqləndirən strateji üstünlüyü, onun yalnız bir logistika xidmətləri təminatçısı kimi deyil, həm də geniş beynəlxalq və yerli təcrübəsindən bəhrələnərək tam hüquqlu və etibarlı bir ticarət tərəfdaşı kimi fəaliyyət göstərməsidir.

Biota məhsulların daşınması və gömrük rəsmiləşdirilməsindən tutmuş birbaşa pərakəndə satış məntəqələrində malların paylanması, izlənməsi və tanıdılmasına(təbliğinə) qədər geniş spektrli xidmətlər təqdim edir.

Şirkət müstəqil şəkildə bazara giriş strategiyaları tərtib etmək, həyata keçirmək və tənzimləmək, həmçinin marketinq və ticarət marketinq kampaniyaları hazırlamaq və həyata keçirmək iqtidarındadır.

Biota şirkətinin və onun qlobal miqyaslı tərəfdaşlarının gördüyü işlərin yüksək keyfiyyət standartları proseslərin davamlı təkmilləşdirilməsinə və şirkətin uzunmüddətli inkişafına xidmət edir.

Distribyutorluq

Biota, ev heyvanları və onların sahibləri üçün məhsul və xidmətlərin təqdim edilməsində bir bazar lideridir.

Şirkətin qüruru ev heyvanları üçün ixtisaslanmış satış nöqtələrində yüksək səviyyəli təmsilçilik standartlarıdır ki, bu da müştərilərin məhsullara geniş əlçatanlığını və şirkət tərəfindən satılan geniş çeşidli markaların mövcudluğunu təmin edir.

Strateji əməkdaşlıq

Biz Azərbaycanda ev heyvanları ilə bağlı olan müxtəlif yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. Bizim məqsədimiz bilik, texnologiya və təcrübə mübadiləsi, həmçinin ev heyvanlarını qorumağa, sağlam bəslənmələrini təmin etməyə və dolğun yaşaması üçün lazımi şərait yaratmağa yönəlmiş təşəbbüsləri dəstəkləməkdir.

Ev heyvanları üçün sağlam pəhriz və həyat tərzi tövsiyələri

Biz ev heyvanları üçün qidalanma sahəsində dünyanın aparıcı mütəxəssislərinin tövsiyələrini sosial şəbəkələr vasitəsi ilə yaymaqda fəal iştirak etməklə baytarlıq klinikaları, kinoloji assosiasialar və klublarla, həmçinin çoxsaylı kinoloqlar və felinoloqlarla sıx əməkdaşlıq edirik.

Xeyriyyəçilik və sosial məsuliyyət

Biota davamlı şəkildə heyvan rifahı könüllərini və heyvan sığınacaqlarını dəstəkləmək məqsədi ilə onlara müxtəlif tədbirlərin, toplantıların və işgüzar görüşlərin təşkili üçün məkanlar təqdim etməklə yanaşı ev heyvanları üçün sığınacaqları pulsuz məhsullarla da təmin edir.

Missiyamız

İnsanlara və onların ev heyvanlarına mütamadi olaraq keyfiyyətli məhsul və xidmətləri münasib qiymətə əldə etməkdə köməklik göstərmək.

Baxışımız

Tərəfdaşlarla dayanıqlı uzun müddətli əlaqələr quran və öz müştərilərinə ən yaxşı məhsul və xidmətlər təqdim edən bir şirkət olmaq.